Hökumət evinin arxasındakı yeni tikilidə güclü yanğın baş verib. SİA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Üzeyir Hacıbəyli küçəsi, 75-89 ünvanında baş verən yanğına görə mərkəzi küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib. Hazırda yanğın söndürülüb.
Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğın binanın 4-cü mərtəbəsindən yuxarıda başlayıb. Yanğın Fikrət Əmirov 2 ünvanındakı binada qeydə alınıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB