Bərdə rayonunda yaşayış evində yanğın baş verib. SİA-nın məlumatına görə, hadisə Bərdənin Şirvanlı kəndində baş verib. Kənd sakini Fəvvarə Bağırovaya məxsus birmərtəbədən ibarət, 4 otaqlı evdə güclü yanğın baş verib. Yanğın zamanı evin yanar konstruksiyaları və evdəki əşyaları tamamilə yanaraq kül olub. Hadisə yerinə FHN -nin yangınsöndürənlər briqadasının əməkdaşları çağırılıb. Alov söndürülüb və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hava küləkli olduğundan alov çətinliklə söndürülüb .
Yanğın gecə saatlarında baş versə də xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin dəqiq səbəbləri bilinməsə də, ilkin ehtimal kimi yanğına səbəb, elektrik naqillərindəki qısa qapanmanın olduğu bildirilir.
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB