Salyan sakini intihar edib

Salyan sakini intihar edib. Salyan RPŞ-dən SİA-nın Aran bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında Salyan şəhərinin Əlibəy Hüseynzadə küçəsi ev 8-də qeydə alınıb. Həmin ünvanda yaşayan Salyan şəhər sakini, 28 yaşlı İbrahimov Murad Sultan oğlu yaşadığı evin qarşısındakı üzüm ağacından özünü asaraq intihar edib. Mərhumun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə