Şirkət işçisi intihar etdi

Bakı şəhəri, Səbail rayonunda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə paytaxtın Asəf Zeynallı küçəsi, 37 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən "Caspian Geology" şirkətinin ofisində, oranın işçisi, 1952-ci il təvəllüdlü Saleh Əlipaşa oğlu Əliyev özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə