Türkiyə-Suriya sərhədində baş verən partlayış nəticəsində onlarla insan yaralanıb, ölənlər var. Bu barədə SİA- xarici mətbuata istinadən xəbər verir. İlkin məlumatlara görə, Türkiyənin Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında yerləşən Suriyanın Əs-Səlame sərhəd məntəqəsi yaxınlığında güclü partlayış nəticəsində 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Lakin ölənlərin sayının tam dəqiqləşmədiyi də vurğulanır. Həlak olanların sayının artma ehtimalı böyükdür.
Ölən və yaralananların arasında Suriya vətəndaşları da var.
Yaralanan suriyalılar sərhəddən keçirilərək Türkiyə xəstəxanalarına yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB