Bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisi Rəşid Behbudov küçəsində 3 avtomobilin toqquşması ilə nəticələn zənzirvari qəza baş verib. SİA-nın məlumatına görə, Məmmədhüseyn Fərəcovun idarə etdiyi "Mercedes" markalı 44-BR-444 dövlət nömrə nişanlı avtomobil, "X-trail" markalı 99-FJ-449-a, o isə Əhliman Novruzovun idarə etdiyi "Cevrolet" markalı 90-KD-650 dövlət nömrə nişanlı avtomibillə toqquşub. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, zəncirvari qəzanın baş verməsinə əsas səbəb "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi olub.
Onu da qeyd edək ki, hadisədən 1 saat ötməsinə baxmayaraq Dövlət Yol Polisinin heç bir əməkdaşı gözə dəyməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB