Fevralın 17-də gündüz saatlarında Astara şəhərində ümumi sahəsi 9 min kvadratmetr olan mərkəzi bazarda yanğın baş verib.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə nəticəsində bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtalar və onların üzərinə yığılmış paltarlar 1500 kvadratmetr sahədə yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunmuş, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB