Beyləqan rayonunda çörək zavodunda partlayış baş verib

Beyləqan rayonunda çörək zavodunda partlayış baş verib

Fevralın 17-də Beyləqan rayonunda çörək zavodunda partlayış baş verib.

Hadisə nəticəsində beş nəfər birinci dərəcəli yanıq xəsarəti alıb. Həmin şəxslərdən birinin, həmçinin topuğu sınıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Partlayış zavodun qazanxanasında baş verib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə