2 yaşayış evi birdən-birə uçub

2 yaşayış evi birdən-birə uçub

Qubada 2 yaşayış evi birdən-birə uçub. SİA-nın verdiyi xəbərə görə, hadisə Quba şəhəri, Yusif Qasımov küçəsi 16 ünvanında qeydə alınıb. Uçquna səbəb Qubada su-kanalizasiya sistemlərinin dəyişdirilməsi zamanı evin yaxınlığında qazılan quyuya yığılan suyun mənzillərin bünövrəsinə hopması olub.

Gecə saatlarında Quba sakinləri Habil və Aydın Heydərovlara məxsus 2 mənzilin divarı çöküb. Nəticədə, mənzillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri baxış keçirib. Komissiyanın sədri Yusif Abidovun verdiyi məlumata görə, tezliklə hadisənin səbəbləri müəyyənləşdiriləcək və zərərçəkənlərə müvafiq yardımlar göstəriləcək.

Emin Kərimov. Quba

Bütün xəbərlər Facebook səhifəmizdə