Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında xəstə üçüncü mərtəbədən yıxılıb. SİA-nın verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 5:30 radələrində baş verib. Şəhər sakini 38 yaşlı Cavid Bağırov hava almaq üçün müalicə aldığı xəstəxananın eyvanına çıxıb və huşunu itirərək oradan yıxılıb. Cavid Bağırov dərhal xəstəxananın işçiləri tərəfindən reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. Bildirək ki, Cavid Bağırov iki gün öncə əməliyyat olunub.
Qeyd edək ki, o, Abbas Səhhət adına xəstəxanada təmir getdiyindən Gəncə Təcili Tibi Yardım Xəstəxanasında müalicə olunurdu.
İlham Məmmədov, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB