Pakistanda sərnişin qatarı partladılıb: 7 ölü, 30 yaralı

Pakistanda sərnişin qatarı partladılıb: 7 ölü, 30 yaralı

Pakistanın şimalındakı Peşəvər şəhərindən ölkənin cənubundakı Kəraçi şəhərinə gedən sərnişin qatarında partlayış olub.

SİA-nın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, qatara yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 7 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

Partlayış zamanı qatarın 3 vaqonu relsdən çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə