Dəm qazından boğulma halları artıb

Dəm qazından boğulma halları artıb

Bakı şəhərində sutka ərzində 11 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından SİA-ya verilən məlumata görə, zəhərlənən 2 şəxsin vəziyyəti ağır olduğu üçün, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digər xəstələrə isə yerindəcə ilkin tibbi yardım göstərilib.

Stansiyadan o da bildirilib ki, dəm qazından zəhərlənmə hadisələri daha çox həyət evlərində baş verir. Son zamanlar bina evlərində də yaşayan insanlar dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər edirlər.

Xatırladaq ki, ötən gün Bakıda 14 nəfər dəm qazından zəhərlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə