Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yoll qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 28 yaşlı Seymur Əliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lerik rayon sakini, 28 yaşlı Əfrayıl Yaqubovun idarə etdiyi "Ford" markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü daxil olmaqla, sərnişinləri, Masallı rayon sakinləri Saleh Hikmətli və Şahin Qafarzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, "VAZ-2107"-nin sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə