Bu gün Şirvan şəhərinin Heydər Əliyev prospektində 2 avtomobil toqquşub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, sürücü Hacıqabul rayon sakini 1966-cı il təvəllüdlü Aslanov Asəf Müzəffər oğlunun idarə etdiyi Opel markalı 99 DA 412 dövlət qeydiyyat nişan nömrəli avtomaşınla sürücü 1984-cü il təvəllüdlü Saatlı rayonun Mircəllalı kənd sakini Səlimov İmaməddin Allahverən oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 HH 507 dövlət nişan nömrəli avtomobil toqquşub.
Nəticədə VAZ 2107 markalı avtomabildə olan sərnişin 1978-ci il təvəllüdlü Saatlı rayonun Mircəlallı kənd sakini Tağıyev Ramiz Saleh oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Ramiz Tağıyev əlil olduğu üçün maşında sıxılmış vəziyyətdə qalmış və hadisə yerinə gələn təcili yardım briqadasının həkimlərinin köməkliyi ilə çıxarılıb.
Faktla bağlı Şirvan polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB