Sərhəddə 2 kiloqram heroin aşkarlanıb

Sərhəddə 2 kiloqram heroin aşkarlanıb

Azərbaycanın İranla sərhəd bölgəsində 2 kiloqram heroin aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 14-də Cəlilabad şəhər sakini Məhərrəm Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkar etdiyini deyib.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən çantaya baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə