Bakıda kompüter mağazası yanıb

Bakıda kompüter mağazası yanıb

Bakıda kompüter mağazası yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus notbukların satışı və təmiri mağazasının yanar konstruksiyaları yanıb.
Yanğın nəticəsində mağazanın içərisində olan notbuklar və çantaları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə