Təhsil Nazirliyinə məxsus binada yanğın olub

Təhsil Nazirliyinə məxsus binada yanğın olub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhər üzrə Təhsil İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının Qaradağ, Yasamal, Səbail rayonları üzrə xidmət bölməsinin binasında yanğın olub. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Qeyd edək ki, yanğın zamanı xəsarət alanlar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə