Ötən gün axşam saatlarında Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, "ZİL" markalı yük maşını yolu keçmək istəyən Siyəzən rayon sakini Eyyub Yaqubov və onun nəvəsi, 4 yaşlı Rəşad Ocaqquliyevi "ZİL" markalı yük maşını ilə vurub.
Qəza nəticəsində Eyyub Yaqubov dünyasını dəyişib, nəvəsi isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu və paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərildiyi bildirilir.
Qeyd edək ki, faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Emin Kərimov, Siyəzən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB