FHN yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış "LUKoil" yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verməsi barədə nazirliyə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB