Bakıda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub YENİLƏNİB

Partlayış nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb
Bakıda yanacaqdoldurma məntəqəsində güclü partlayış olub YENİLƏNİB

Bakının Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. SİA-nın xəbərinə görə, hadisə yerinə FHN-nin bir neçə yanğınsöndürən maşını cəlb olunub. Partlayış nəticəsində iki nəfərin öldüyü, birinin isə yaralandığı bildirilir.

FHN- Dövlət Yanğından Mühafizə Xidmətində SİA-ya verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.

16:41

***

Bakının Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. Hadisə şahidlərinin SİA-ya verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin nədən baş verdiyi barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə