Bərdədə ağır yol qəzası baş verib. SİA-nın xəbərinə görə, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. Belə ki, "VAZ 21 07" markalı minik maşını Bakı–Xankəndi dəmiryolunun Bərdədən keçən hissəsində Həsənqaya kəndi ərazisində qorunmayan dəmir yolu keçidini keçə bilməyib.
Yol hərəkət qaydalarına riayət etməyən avtomobilin sürücüsü hərəkətdə olan qatarı gözləməyib. Qatarın keçməsini gözləməyən sürücü avtomobili qatara çırpıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da minik maşınına ciddi ziyan dəyib.
Faktla bağlı rayon polis bölməsində araşdırma aparılır .
Şamxal Cəliloğlu, Qarabağ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB