Bakıda yaşayış evində partlayış olub

Bakıda yaşayış evində partlayış olub

Dünən səhər saatlarında Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15-də yaşayan Məşdi Səmədova məxsus mənzilin mətbəxində qaz balonunun sızmasından partlayış baş verib. SİA-nın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə mətbəxin asma tavanı və pəncərəsi dağılıb, qırıntılar həyətdə saxlanılmış Arif Rəsulova məxsus "KİA" markalı və İsmayıl Mayılova məxsus "Mitsubishi" markalı avtomobillərin üstünə düşüb.

Xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə