Ötən gecə saat 02.00 radələrində Sabirabadda ərzaq mağazasında yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə xidmətininin verdiyi xəbərə görə, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən rayon sakini Hacıbala Məmmədova məxsus ümumi sahəsi 109 kv.m olan ərzaq mağazasında yanğın baş verib.
Nəticədə mağazanın dam ortüyünün yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Ehtimal olunur ki, yanğına elektrik naqillərində yaranmış qısa qapanma səbəb olub. Mağaza sahibinin bildirdiyinə görə, yanğın nəticəsində ona 100 min manat dəyərində ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB