Şirvan polis şöbəsinin əməliyyatçıları narkabaronu həbs ediblər. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Rəsul İbayev bildirib ki, 10.02.2014 cü il tarixdə Şirvan şəhər PŞ-nin əməkdaşlarının kecirdikləri əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü şəhər sakini Hacıbabayev Rövşən Hacıağa oğlunun üzərindən iki ədəd ayrı-ayrı bükümlərdə bükülmüş ümumi çəkisi 2,957 qram çəkidə narkotik maddə olan heroin aşkar edərək götürüblər.
Saxlanılan şəxs narkotik vasitəni 1964-cü il təvəllüdlü də Şirvan şəhər sakini İmanov Lətif İzzət oğlundan aldığını bildirib. Lətif İmanovun yaşadığı mənzilinə baxış keçirilən zaman 14,299 qram çəkidə narkotik vasitə olan Heroin, 2,554 qram çəkidə narkotik vasitə olan Tiryək aşkar edilərək götürülüb. Narkotacirin mənzilindən narkotik vasitəni çəki ilə satmaq məqsədi ilə xüsusi tərəzi və bükmək üçün hazırlanmış solofanlar aşkar edilərək götürülüb. Lətif İmanov saxlanılan zaman özünün üzərindən də 0,233 qram çəkidə narkotik vasitə olan Heroin" aşkar olunaraq götürülmüşdür. Məlumat üçün bildiririk ki, bu şəxs əvvəllər DYP-də polis inispektoru olub və narkotik qəbul etdiyi üçün Daxili İşlər Orqanlarından qovulub. Rövşən Hacıbabayev isə müğənni sənəti ilə məşqul olub.
Hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib və istintaq davam etdirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB