Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Göyçay-Alpoud yolunun 20-ci kilometrliyində, Mırtı kəndi ərazisində qeydə alınıb. Qaraxıdır kənd sakini 1988-ci il təvəllüdlü Abdullayev Vüqar Adil oğlunun idarə etdiyi 23-BP-081 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik maşını qarşı tərəfdən gələn 1970-ci il təvəllüdlü Həsrətov Orxan Vaqif oğluna məxsus 36-71-AGF nömrə nişanlı "QAZ 53" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 21011" markalı minik maşınının sürücüsü, eləcə də sərnişinlər-1951-ci il təvəllüdlü Abdullayeva Almarə Soltanəli qızı, 1981-ci il təvəllüdlü Abdullayeva Samirə Seyfəddin qızı, 2011-ci il təvəllüdlü Abdullayev Şəmistan Vüsal oğlu, 1990-cı il təvəllüdlü Abdullayeva Gülanə Adil qızı, 2007-ci il təvəllüdlü Abdullayeva Səlminaz Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB