Xəzər dənizində də zəlzələ olub

Xəzər dənizində də zəlzələ olub

Yerli vaxtla saat 16:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb. AMEA yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ hiss olunmayıb. Dənizin 62 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,20 təşkil edib.

Qeyd edək ki, bu gün saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə