Hadisə yerindən qaçan sürücü tutulub

Hadisə yerindən qaçan sürücü tutulub

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Belə ki, fevralın 9-da saat 19 radələrində Mərdəkan-Bakı şosesinin Xəzər rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Afail Güləhmədovu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

SİA-nın xəbərinə görə, hadisə ilə bağlı Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumat yayıblar. Ryon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə yol nəqliyyat hadisəsinin "Daewo" markalı "10-TG-944" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Elşən Sahib oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə