Bakı sakinindən 8.5 kq qurudulmuş marixuana götürülüb

Bakı sakinindən 8.5 kq qurudulmuş marixuana götürülüb

Bakı sakinindən xeyli miqdarda marixuana götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Əmircanovdan 8 kiloqram yarım qurudulmuş marixuana götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə