Yaşlı qadın xilas olunub

Bakı şəhəri, Pirallahı rayonunda 1931-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın fövqəladə hallar nazirliyinin rəsmi saytına istinadən veridyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanan vətəndaş xilasedicilər tərəfindən hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə