Mədinə şəhərindəki oteldə baş vermiş yanğın nəticəsində ölən və xəsarət alanlar var

Mədinə şəhərindəki oteldə baş vermiş yanğın nəticəsində ölən və xəsarət alanlar var

Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki oteldə yanğın baş vermişdir. Hadisə nəticəsində ölən və xəsarət alanlar var. Bu barədə İTAR-TASS agentliyi məlumat yatıb.
Məlumata görə, ölənlərin hamısı Mədinə şəhərində ümrə ziyarətinə gələnlərdir. Onların əksəriyyəti Misir vətəndaşlarıdır. Yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda oteldəki yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Binada köməyə ehtiyacı olan insanların qaldığı qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə