Sərnişin avtobusu Xaçmazdan Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. SİA-nın Şimal bürosundan verilən xəbərə görə, Gəndov-Yalama yolunun 25 km-də Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən "Hundai" markalı sərnişin avtobusu Xaçmazdan Xudat istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.
Nəticədə 8 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1959-cu il təvəllüdlü Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini Mehdiyeva Rəvanə Kazım qızı, 1954-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Sultanova Rəfiqə Şəmsəddin qızı, 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Sultanova Rəsmiyyə Əzizağa qızı, 2000-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Qurbanova Güllər Etibar qızı, 1952-ci il təvəllüdlü İskəndərova Xavər Tasim qızı, 1958-ci il təvəllüdlü Xaçmaz rayonu, Çinartala kənd sakini Tamara Bekova, 1973-cü il təvəllüdlü Minəxanım Rəsulova və avtobusun sürücüsü 1958-ci il təvəllüdlü Məmmədəli Tağıyev müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional bölməsinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.
Emin Kərimov,
Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB