"Keçən il 6 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalıb"

"Keçən il 6 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalıb"

"2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralanların sayının isə 1,6 faiz azalması müşahidə edilib". SİA-nın xəbərinə görə, bunu Baş Prokurorluğun bu gün keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, keçən il 6 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalıb ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 % azdır: "Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınıb. Açılmamış ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılıb, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə