Baş Prokurorluqda keçirilən kollegiya iclasında "İsmayıllı" hadisələri və "NİDA"çıların cinayət işlərindən danışılıb. SİA-nın xəbərinəı görə, iclasda çıxış edən Baş prokurorun birinci müavini Ramil Usubov bildirib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılıb.
xOnun sözlərinə görə, keçən ilin 23-24 yanvar tarixlərində İsmayıllı şəhərində baş verən kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 7 mart 2013-cü il tarixdə "Nida" adlı qurumun bir qrup üzvlərinin yaşadıqları ünvanlarda Bakı şəhərində kütləfi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunan "Molotov kokteyli" adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanan cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər Məhkəmələrinə göndərilib və hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB