"Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib". SİA-nın xəbərinə görə, bunu Baş Prokurorluqda keçirilən kollegiyada hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, prokurorluq orqanlarının icraatında olan cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilib: "Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulan ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilib. İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilən tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə yol verilən qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilib".
O həmçinin qeyd edib ki, 2013-cü ildə qeydə alınan 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilən iki və daha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə, qeydə alınan 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunub. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş verən 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB