Yol qəzasında bir nəfər öldü

Yol qəzasında bir nəfər öldü

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nnın bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuz rayon Duz Cirdaxan kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən Təvəkkül Qasımovu Cəlili kənd sakini Bəhruz Həsənov idarə etdiyi "VAZ 21-06" ilə vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel" markalı minik maşına çırpıb. Qəza zamanı sürücülər xəsarət almasa da 70 yaşlı piyada Təvəkkül Qasımov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Kamran Əskiparalı, Tovuz

Bütün xəbərlər Facebook səhifəmizdə