Həbsxanadan telefon tapıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumdan telefon tapılıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman əl çantasının içərisindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Fly" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə