Məhkum qadından narkotik maddə tapılıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən, etapla Müalicə Müəssisəsinin Qadın şöbəsinə daxil olan Kifayət Hacıağa qızı Məmmədovanın üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd sellofana bükülən xalis çəkisi 2.488 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB