Yük qatarı avtomobili vurdu

Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində dəmiryolu keçidində qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Bakı şəhər sakini, 42 yaşlı Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Vəlirza Ağamirzəyevin idarə etdiyi "VAZ 2105" markalı minik maşınını dəmiryolu keçidində vurub. Hadisə zamanı "Vaz 2105" relslərdən 5-6 metr kənara düşüb.

Qəza vaxtı maşında olan iki nəfər, sürücü Mançaroba kənd sakini 38 yaşlı Vəlirza Ağamirzəyev və sərnişin 32 yaşlı Uzunoba kənd sakini Elşad Hacıyev müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Fakt araşdırılır.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə