Astara rayonunda ağır yol qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəza bu gün saat 15.00 radələrində Ələt-Astara magistralının rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan sürücü "CİP" markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Astaranın Maşxan kənd sakini, 69 yaşlı Ağaxanım Bayraməli qızı Əliyevanı vurduqdan sonra isə yolda hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. A.Əliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. "CİP"in sürücüsü isə avtomobili hadisə yerində qoyaraq oradan qaçıb.
Hazırda polis yol-nəqliyyat qəzasını törətmiş şəxsin tapılması istiqamətində iş aparır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB