Kütləvi bıçaqlanma hadisəsi baş verib

Kütləvi bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın Qərb bürosuna verilən məlumata görə, ötən gecə saatlarında Gəncədə kütləvi bıçaqlanma hadisəsi baş verib. Ailə münaqişəsi zəminində baş verən hadisə zamanı şəhər sakini 27 yaşlı Elşad Qoşqarov bacısının qaynı, Qərb küçəsində yaşayan 35 yaşlı Elşad Abbasovu bıçaqlayıb. Daha sonra Elşad Abbasov bacısının yoldaşı 39 yaşlı Etibar Abbasova da bıçaqla xəsarət yetirib. Yaralılar isə Elşad Qoşqarovu baş nahiyəsindən küt alətlə vurub. Hər üç xəstə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Digər hadisədə isə 31 yaşlı şəhər sakini Yusif İsmayılov tanışı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs 1 ay əvvəl həbsxanadan çıxıb. Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Hadisələrin hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra bəlli olacaq.

İlham Məmmədov,
Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə