Tovuz şəhəri 12 nömrəli evdə gücü partlayış olub. Partlayış nəticəsində evin bir tərəfi çöküb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, dünən Tovuz şəhər Natiq Əsgərov küçəsi ev 12-də güclü partlayış baş verib.
Zərbənin dalğası o qədər güclü olub ki, iki mərtəbəli yaşayış binasının bir tərəfi tamamilə çöküb. Xoşbəxtlikdən birinci mərtəbədə olan ev sahibləri canlarını partlayışdan salamat qurtara biliblər. Ev sahibi Kamil Cəfərov partlayışa səbəb ikinci mərtəbəyə dolan qazın və soyuducuda yaranan qısa qapanma nəticəsində baş verdiyini bildirib. Anidən baş verən partlayış qonşularda da hiss olunub. Onlar bir anlıq zəlzələ baş verdiyini düşünüb.
Qeyd edək ki, qonşular mənzilə yaxınlaşan zaman isə evin bir tərəfinin tamamilə çökərək yararsız hala düşdüyünün şahidi olublar.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB