Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Yanğınsöndürən-xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən Abdullayeva Güllü Əhməd qızı hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə nəticəsində G.Abdullayevanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB