Masallıda mikroavtobus elektrovoza çırpılıb

Masallıda mikroavtobus elektrovoza çırpılıb

Masallı rayonu, Balatəklə kəndinin ərazisində qorunmayan keçiddə rayon sakini Vüqar Əliyevin idarə etdiyi "Mercedes" markalı mikro avtobusu elektrovoza vurub.

SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xəsarət alan V.Əliyevə və sərnişinləri - həmyerliləri Gülmirə Ağayeva və Rəna Əsgərovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə