Tovuz rayonunda oğurluq edən bir qrup şəxs tutulub. Bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuz rayonunda evlərə, mağazalara qənim kəsilən oğrular yaxalanıb. Tovuz Polisinin keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində Aşağı Quşçu kəndində mağazanın qapısını sındırmaqla xeyli miqdara pul, ərzaq məhsulları və danışıq kartları oğurlayan iki dost Mingəçevir şəhər sakini əvvəllərdə məhkum olunan Rəfail İbadov və Aşağı Quşçu kənd sakini Azər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Dindirmələr zamanı məlum olub ki, əvvəlcədən İsmayıl Hüseynova məxsus mağazanın yerini müəyyən edən dostlar gecə satış mərkəzinə gedərək oradan oğurluq ediblər. Saxlanılan şəxslərin evlərinə baxış keçirilərkən oğurladıqları danışıq kartları maddi sübut kimi götürülüb. Tovuz Polisi daha bir oğurluq faktının da üstünü isti izlərlə açıb.
Bir neçə gün öncə İsaxan Ələsgərovun mənzilindən 250 manat pul və qızıl zinət əşyaları oğurlayan Gəncə şəhər sakini Ruslan Abbasov da yaxalanıb. Dindirilmələr zamanı məlum olub ki, öz xalasının evini yağmalayan, elə doğma bacıoğlusu Ruslan olub. Oğurluğunu etiraf edən gənc övladının xəstə olmasını əsas gətirərək belə hadisə törətdiyini bildirib.
Hər iki fakta bağlı Tovuz Polis Şöbəsində araşdırma aparılır.
Kamran Əskiparalı,Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB