FHN əməkdaşları qarda batan təcili tibbi yardım maşınını təhlükəsiz əraziyə çıxarıblar
Qarlı hava şəraiti Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də maneə olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB