Qazaxda “BMW” körpüdən dərəyə aşıb: 2 ölü, 2 yaralı

Qazaxda “BMW” körpüdən dərəyə aşıb: 2 ölü, 2 yaralı

Qazax rayonunun Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə