Qazax rayonunda oğurluq etmiş gürcü vətəndaşı Chketia Zurabi Qazax rayon polis şöbəsinin apardıqları əməliyyat-axtarış nəticəsində ələ keçirilib. Bölgə müxbirinin verdiyi xəbərə görə, Azərbaycanda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb. Məlum olub ki, oğurluq edən Gürcüstan vətəndaşı Chketia Zurabi Qazax şəhər sakini Tərminə İsgəndərovanın evində kirayədə qalıb. Kirayə pulunu verə bilməyən gürcü vətəndaşı evdən çıxarıldıqdan bir gün sonra yenidən evə qayıdaraq, evdən bir ədəd noottbuk kompüteri və 40 manat pul oğurlayıb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Gürcüstan vətəndaşı Chketia Zurabi tutulub. Bu barədə Qazax rayon polis şöbəsinin müstəntiqi Məzahir İbrahimxəlilov məlumat verib.
Qeyd edək ki, Chketia Zurabi yanvarın 8-də Tərminə İsgəndərovanın evindən 40 manat pul və 1 ədəd noutbuku oğurlayıb. Chketia Zurabini tutduğu əmələ görə cinayət məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi qaldırılıb. Onun başqa oğurluq işlərində əli olub-olmaması ilə bağlı stentaq və araşdırma işləri davam etdirilir.
Kamran Əskiparalı, Qazax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB