FHN Bakıda çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yayıb

FHN Bakıda çoxmərtəbəli binadakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb. SİA nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 19 mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. İlkin məlumata görə, yanğın binanın 18-ci mərtəbəsində yerləşən mənzildə elektrik naqillərində baş vermiş qısa qapanmadan başlayıb.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə