Zəncirvari qəzada 10 maşın iştirak edib

Zəncirvari qəzada 10 maşın iştirak edib

Qubada gecə yağan qar zəncirvari qəzalara səbəb olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Qubanın Heydər Əliyev prospektindəki 2 zolaqlı yolda 10 minik maşını bir-birinin ardınca zəncirvari qəza törədiblər.

Belə ki, "VAZ-21011" markalı avtomobil Moskva-Bakı avtobusunun yoluna çıxıb. İdarəetməni itirən avtobus yolun kənarındakı divara çırpıldıqdan sonra yararsız hala düşüb. Yolu tamamı ilə bağladıqdan sonra, arxadan gələn "Cip" markalı minik maşını digər "Nissan" markalı avtomobilə çırpılaraq yolun ortasındakı elektrik dirəyinə dəyib. Ondan sonra "VAZ-2107" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə çırpılır. Onun ardınca isə sürətlə gələn "Niva" markalı maşın "Mercedes" markalı avtomobili arxadan vurur. Bu hadisədən sonra "Shewrolet" markalı minik maşını isə qarşıda yolun bağlı olduğunu görərək saxlaya bilməyib və nəticədə yol kənarındakı yol hasarına vurub. Nəticədə hasar içəri tərəfində olan "VAZ-21099" markalı avtomobilin üzərinə aşıb və avtomobil yararsız hala düşüb. "Shewrolet" markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə