Nadir Əzməmmədov: "Hadisədə xəsarət alan və ya həlak olan yoxdur"

Nadir Əzməmmədov: "Hadisədə xəsarət alan və ya həlak olan yoxdur"

"Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonunun relsdən çıxması nəticəsində xəsarət alan və ya həlak olan yoxdur". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda aşan 6 vaqonun taxılı sorma üsulu ilə yük maşınlarına yığılır: "Eyni zamanda, digər aşan vaqonlardakı taxtanın yığılmasına, vaqonların isə qaldırılmasına başlanılıb. Hazırda hadisə yerində olan mütəxəssislər tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır".

Qeyd edək ki, bu gün saat 12.15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb. Hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə